Aİ Avropadaxili rouminqi ləğv etməyə hazırlaşır

 Aİ Avropadaxili rouminqi ləğv etməyə hazırlaşır
  13 Sentyabr 2013    Oxunub:1263
2016-cı ilədək Avropa İttifaqı ölkələrində rouminq xidməti üçün bütün tariflər ləğv ediləcək. Bu müddət rəqəmli texnologiyalar üzrə Aİ-nin komissarı Nilli Krusun təşəbbüsü ilə hazırlanan ittifaqın yeni normativ aktlarında nəzərdə tutulur.

Müvafiq normativ aktlar layihəsi sentyabrın 10-da təqdim edilib. Yeni qaydalar təkcə rominq tariflərini ləğv etmir, həm də Aİ ölkələrinə səfər edən istənilən Avropa mobil operatoru abunəçisi üçün mobil internetə görə ödənişi aşağı salır.

Avropa Komissiyası Aİ sakinlərinin ittifaq ölkələrinə hazırda öz ölkələrində istifadə etdiklərindən az fərqlənən tarif planı ilə səfər edə biləcək qanun layihəsinin hazırlanması ilə məşğul olur.

Hazırlanan qanun Aİ-nin 21 ölkəsinə şamil olunmaqla Avropa əhalisinin təxminən 85 faizinə xidmət göstərən operatorlar üçün qüvvədə olacaq. Rouminq qiymətinin xidməti qəbul edən dövlət operatorlarından birinin tarif planının məbləğinə uyğun olacaq təklif nəzərdən keçirilir. Yeni qanun layihəsi sentyabrın 11-də Avropa Parlamentinə müzakirəyə çıxarılacaq və sənədin 2014-cü ilin mayında parlamentə keçiriləcək seçkilərədək qəbul ediləcəyi gözlənilir.

Bir müddət əvvəl N.Krus 2014-2022-ci illər ərzində səsli zənglər üçün rouminq zənglərinin qiymətini 0,05 avrodan 0,03 avroyadək, 1 meqabit tarif üçün 0,05 avrodan 0,015 avroyadək azaltmağı təklif edib. Lakin bu təşəbbüs mobil operatorlar tərəfindən kəskin tənqid olunub.

Mayın sonunda Aİ komissarı Avropa Parlamentinə rouminqin tam ləğv edilməsi ilə bağlı müraciət ünvanlayıb. İyunun əvvəlində isə KİV Avropa Komissiyasının 2013-cü ilin iyulundan Avropa ölkələri daxilində rouminq xidmətinin xeyli ucuzlaşmasına nail olması barədə məlumat verib, - "Cybersecurity” yazır.

AzVision.az


Teqlər:





Xəbər lenti