Rəsmi Tel-Əviv İlham Əliyevə təşəkkür etdi

Rəsmi Tel-Əviv İlham Əliyevə təşəkkür etdi
  12 Sentyabr 2017    Oxunub:2284
İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır və onun tezliklə ölkəyə gəlişini təmin edəcək.AzVision.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.
Onun sözlərinə görə, İsrail XİN Azərbaycan Prezidenti İlham Əliyevin A.Lapşini əfv etməsindən məmnundur: "Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az




Teqlər: İsrail   XİN   İlham-Əliyev  





Xəbər lenti