102 yaşlı şəxsə 2 illik həbs cəzası verildi

102 yaşlı şəxsə 2 illik həbs cəzası verildi
  12 Sentyabr 2017    Oxunub:2164
Böyük Britaniyada 102 yaşlı Douglas Hammersli 2 illik həbs cəzası alıb.
AzVision.az Britaniya mətbuatına istinadən xəöbər verir ki, Hammersli 1970-ci illərdə törədilmiş uşaq istismarı cinayətlərinə görə məhkəmədə məhkum edilib. Britaniya tarixində günahkar olduğu ən qədim şəxs olan Hammersli verilən iki illik həbs cəzası pul cəzaya çevrilib.

Belə ki, həmin illərdə 5 ilə 8 yaşındakı 3 uşağı cinsi istismar edən Hammerslinin onlara 25 min Pound təzminat verməsi qərara alınıb.

Sonuncu dəfə Britinaiyada 2016-ci ilin dekabr ayında iki balaca qız uşağı və onların qardaşlarına zorakılıq edən 101 yaşındakı kişiyə 16 illik həbs cəzası verilmişdi.

AzVision.az


Teqlər: Böyük-Britaniya  





Xəbər lenti