Bir həftədə 200 arakanlı uşaq ölüb

Bir həftədə 200 arakanlı uşaq ölüb
  12 Sentyabr 2017    Oxunub:1401
Banqladeş-Myanmar sərhədində son bir həftədə ən az 200 arakanlı müsəlman uşağı həyatını itirib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, uşaq ölümlərinə səbəb yetərincə yeməklərinin olmaması, zəif düşən anaların körpələrini lazımi qədər əmizdirməməsi və müxtəlif xəstəliklərin yayılması səbəb olub.

25 avqustdan bəri Myanmar ordusunun silahlı əsgərlərinin Arakandakı sivil vətəndaşlara etdiyi hücum nəticəsində minlərcə müsəlman həyatını itirib. Hücum nəticəsində ordu, buddist milliyətçilər tərəfindən 150-dən çox kənd yandırılıb.

AzVision.az


Teqlər: Myanmar   Arakan  





Xəbər lenti