Sabah Ermənistanda 183 vəkil aclığa başlayır

Sabah Ermənistanda 183 vəkil aclığa başlayır
  12 Sentyabr 2017    Oxunub:4856
Ermənistanda vəkillər ölkənin hüquq-mühafizə orqanlarının qanunsuz araşdırmalarına və axtarışlarına qarşı etiraz olaraq sabahdan aksiya keçirəcək.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda aksiya təşkilatçılarından olan vəkil Yervand Varosyan öz “Facebook” səhifəsində qeyd edib.

“Qanunsuz araşdırmalar, axtarışlara qarşı vəkillər (hazırda 183 vəkil aksiyaya qoşulub) tərəfindən təşkil edilən etiraz aksiyası çərçivəsində, 13 sentyabr 2017-ci il saat 11:00 radələrində Konqres mehmanxanasının Pikaso salonunda iclas keçiriləcək. Aksiyada iştirak edən vəkillər tədbirdə hüquq müdafiəçilərini, ictimai təşkilatları və beynəlxalq qurumların nümayəndələrini görməyə şad olardı” - deyə Varosyan yazıb.

Bəzi vəkillər isə aclıq aksiyası keçirəcəyini bəyan ediblər.

Qeyd edək ki, “Sasna Tsrerin” məhkəmə iclasları zamanı, vəkillər onlara qarşı tətbiq edilən qanunsuz axtarışlara qəzəbləniblər. “Sasna Tsrer” siyasi qruplaşmasının işi məhkəməyə göndərildikdən sonra, məhkəmələrdə vəkillər barədə araşdırma başlanılıb. Onlar isə, bunun araşdırma deyil, qanunsuz bir axtarış olduğunu iddia edirlər. Bu səbəblə bir neçə vəkil, çantasını açmaqdan imtina etdiyinə görə, uzun müddət məhkəmə zalına buraxılmayıb.

Alpər Mövludoğlu
AzVision.az






Teqlər: Ermənistan   etiraz  





Xəbər lenti