Müzakirəsini gözləyən qanunlar – SİYAHI
“İctimai iştirakçılıq haqqında”, “Rəqabət Məcəlləsi” , “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Reklam haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun müzakirə ediləcək.
Yaz sessiyasının planında təhlükəsizlik məsələlərinə də yer ayrılıb. Belə ki, parlament “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” iki qanun layihəsinin qəbuluna baxacaq.
Bundan başqa “Elm siyasəti haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, o cümlədən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri də deputatların müzakirəsində olacaq.
Qeyd edək ki, sözügedən qanun layihələrindən əlavə gərək duyulduqca Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi də gündəmdə olacaq.