İrəvanda baş nazir daşnakları sıxışdırır

İrəvanda baş nazir daşnakları sıxışdırır
  12 Sentyabr 2017    Oxunub:1427
Ermənistanda son zamanlar Daşnaksütyun partiyası və baş nazir Karen Karapetyan arasında münasibətlər olduqca gərginləşib.
AzVision.az xəbər verir ki, bu barədə “İrates” qəzeti məlumat yayıb. Qeyd olunub ki, artıq, daşnaklar Karen Karapetyanın vəzifədən gedəcəyi günü hesablamağa başlayıb. Bütün bunlara baxmayaraq, Karen Karaepetyanın vəzifəsindən gedəcəyi ilə bağlı heç bir fikri yoxdur.

Təsadüfi deyil ki, hökümət iclasları zamanı, tez-tez daşnak nazirlər (xüsusilə, Artsvik Minasyan) və Karen Karapetyan arasında “divar” yaradılır. Daşnaklar ümid edir ki, 2018-ci ildə Respublika partiyası başqa bir namizəd təklif edəcək, əks halda “köhnə dostlar arasında münasibətlər olduqca gərginləşəcək.

Qeyd edək ki, bu gün parlamentin respublikaçı deputatı, Respublika partiyasının sədr müavini Qalust Sahakyan 2018-ci ildən sonra ölkənin baş naziri vəzifəsində Serj Sarkisyanı gördüyünü bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Baş-nazir  





Xəbər lenti