Fransa Ermənistana yeni səfir təyin etdi

Fransa Ermənistana yeni səfir təyin etdi
  12 Sentyabr 2017    Oxunub:1784
Fransa Ermənistanda yeni fövqəladə və salahiyyətli səfir təyin edib.
AzVision.az xəbər verir ki, müvafiq fərman, sentyabrın 11-də Fransa prezidenti Emanuel Makron tərəfindən imzalanıb. Yeni səfir Conatan Lakot bu vəzifədə sabiq səfir Jan-Fransua Şarpantyeni əvəz edəcək.

Qeyd edək ki, sentyabrın 15-də, Conatan Lakotun 45 yaşı olacaq. O, 2014-cü ilin mart ayından etibarən Böyük Britaniyada Fransa səfirinin məsləhətçisi olub.

Daha öncə, Fransa Xarici İşlər Nazirliyində, Avropa İşləri üzrə Katiblik Ofisində, Fransa, Almaniya, Monteneqro və keçmiş Yuqoslaviya Respublikasında Fransanın diplomatik nümayəndəliklərində çalışıb. İngilis, Alman, Rus, İspan, Estoniya, Macarıstan, Serb dilini bilir.

Alpər Mövludoğl
AzVision.az




Teqlər: Ermənistan   Fransa  





Xəbər lenti