ABŞ Ermənistan və qondarma quruma yardım edəcək

ABŞ Ermənistan və qondarma quruma yardım edəcək
  12 Sentyabr 2017    Oxunub:2308
Amerika Birləşmiş Ştatlar Senatının Vəsaitlər Ayırma komitəsi Ermənistan və qondarma qurumun xeyrinə bir sıra qərarlar təsdiq edib.
AzVision.az xəbər verir ki, Amerika Erməni Komitəsinin (ANCA) yaydığı məlumata görə, təsdiq edilən qərarların, 2018-ci il dövlət kreditinin xarici yardımlar bölməsinin tərkib hissəsi olacağı bildirilir.

Bundan başqa qərara əsasən Ermənistana ayrılan yardım 20.7 milyon dollara qədər çatdırılaraq administrasiya tərəfindən ayrılan maliyyə yardımını keçməlidir.

Həmçinin, komitə Türkiyə və Azərbayacana qarşı silah satışına məhdudiyyətlərin tətbiq edilməsi, eyni zamanda qondarma rejimə birbaşa yardımların göstərilməsinə dair qərar verib.

Belə ki, Ermənistana yardım üçün təklif edilən məbləğ prezident Donald Trampın verdiyi təklifdən təxminən 14 milyon dollar artıqdır.

Qeyd edək ki, ABŞ-da erməni lobbisinin əsas simalarından olan, Kris Van Holn və Petri Lihin adlı senatorlar Türkiyə və Azərbaycana qarşı silah satışlarına dair məhdudiyyətlərin tətbiq edilməsini təklif edib.

Şahin Qocayev
AzVision.az



Teqlər: ABŞ   Ermənistan   yardım  





Xəbər lenti