13 ölkə benzindən imtina edir

13 ölkə benzindən imtina edir
  12 Sentyabr 2017    Oxunub:1422
Çin, Hindistan, Fransa, İngiltərə və Norveç kimi ölkələr müxtəlif vaxtlarda benzin və dizellə çalışan nəqliyyat vasitələrini qadağan etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatına görə, bu ölkələrlə yanaşı daha 8 ölkə oxşar addımı atmağa hazırlaşır.

İngiltərə 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə işləyən nəqliyyat vasitələrini qadağan etməyi planlaşdırır. 2050-ci ilə qədər isə yollarda olan bütün nəqliyyat vasitələri sıfır emissiyalı nəqliyyat vasitələri olacaq. .

Bundan başqa, Fransa da qlobal istiləşməyə qarşı mübarizə məqsədilə 2040-cı ilə qədər yanacaqla çalışan nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır.

AzVision.az


Teqlər: yanacaq  





Xəbər lenti