Fransız səfir Qarabağdan danışdı: “Əsas məsələ dialoqun olmasıdır”

Fransız səfir Qarabağdan danışdı: “Əsas məsələ dialoqun olmasıdır”
  12 Sentyabr 2017    Oxunub:2105
“Dialoqa yönələn hər şey bizim üçün məqbuldur”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantyen öz vəzifəsində keçirdiyi sonuncu mətbuat konfransında deyib. O, Moskvada Patriarx Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan ruhani liderlərinin görüşünə də münasibət bildirib.

“Nə qədər çox dialoq olarsa, bu, bir o qədər münaqişənin həlli üçün faydalı olar. Ümumrusiya patriarxının təşəbbüsü parlaq idea idi. Çünki, doğru yola gətirib çıxaran məsələ, düyünün tənzimlənməsinə qatqı verə bilər”.
Məgər Rusiyanın görüş təşkilatçısı olması təşəbbüsün onun əlində cəmləşməsi demək deyilmi ? sualına səfir bu şəkildə cavab verib.

“ATƏT Minsk qrupunun işi, həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiya Federasiyasının digər fikir ayrılıqlarından fərqlənir. Görüşdə hansı tərəfin təşəbbüsünün olması əhəmiyyətli deyil, əhəmiyyətli olan dialoqun olmasıdır”- deyə Şarpantyen bildirib.

Qeyd edək ki, bu gün Fransa Ermənistanda yeni fövqəladə və salahiyyətli səfir təyin edib. Müvafiq fərman, sentyabrın 11-də Fransa prezidenti Emanuel Makron tərəfindən imzalanıb. Yeni səfir Conatan Lakot bu vəzifədə sabiq səfir Jan-Fransua Şarpantyeni əvəz edəcək.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Fransa   Dağlıq-Qarabağ  





Xəbər lenti