Rusiya – Türkiyə razılığa gəldi: S-400-lər alınır

  12 Sentyabr 2017    Oxunub : 3445
Rusiya – Türkiyə razılığa gəldi: S-400-lər alınır

Moskva və Ankara arasında S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair müqavilə imzalanıb.AzVision.az “RİA Novosti”yə istnadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Agentliyinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər S-400 zenit-raket kompleksinin satışına dair razılığa gəlib və müqavilə imzalanıb. Rusiya bunun reallaşdırılmasına hazırdır", - deyə agentliyin yaydığı məlumatda bildirilir.

Razılaşmanın detalları mövzunun spesifikliyi və həssaslığı baxımından açıqlanmır: "Müqaviləni şərh etməyin prioritet hüququ xarici sifarişçiyə məxsusdur. Eyni zamanda qeyd etmək lazımdır ki, məlum sistemin Türkiyəyə verilməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Rusiya