İraq parlamenti Kürdüstanın yaradılmasına qarşı çıxdı

İraq parlamenti Kürdüstanın yaradılmasına qarşı çıxdı
  12 Sentyabr 2017    Oxunub:1500
İraq parlamenti muxtar İraq Kürdüstanı hakimiyyət orqanlarının sentyabrın sonlarına planlaşdırdıqları müstəqillik haqqında referendumun əleyhinə səs verib.
AzVision.az xəbər verir ki, parlamentin kürd deputatları iclası tərk edərək səsvermədə iştirak etməyiblər.

Bildirilib ki, qərar baş nazirin üzərinə İraqın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün bütün tədbirləri görmək, həmçinin məsələnin nizamlanması üçün Bağdadın müvafiq regionla münasibətlərinə dair ciddi dialoqa başlamaq vəzifəsi qoyur.

Qeyd edək ki, Muxtar İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq haqqında referendumu sentyabrın 25-nə təyin ediblər.

AzVision.az


Teqlər: İraq   Kürdüstan  





Xəbər lenti