Kofe iç xərçəngdən qurtul- Maraqlı

Kofe iç  xərçəngdən qurtul- Maraqlı
  13 Sentyabr 2013    Oxunub:1565
Alimlər qadınlarda uşaqlıq boynunun xərcəngi ilə pəhriz saxlamaq, idman məşqləri və kofe içmək arasında əlaqə aşkar ediblər.
Britaniyada aparılmış elmi tədqiqatın nəticələrinə əsaslanan həkimlər qadınlarda uşaqlıq boynunda xərcəngin yaranma riskini azaltmaq üçün pəhriz saxlamağı, idmanla məğul olmağı və kofe içməyə üstünlük verməyi məsləhət görürlər.

Həkimlər hesab edir ki, bu yolla, uşaqlıq yolunun xərçənqi xəstəliyinə düçar olmuş qadınların təxminən yarısında, yəni təxminən 3,700 qadında xərçənqin yaranmasının qarşısını almaq mümkün olardı.

Londonda Imperial College universitetində aparılmış elmi araşdırmanın müəlligfləri iddia edirlər ki, gündə cəmi 30 dəqiqə ərzində fiziki fəallıq göstərməklə və normal çəkidən artıq kökəlməyə yol verməməklə qadınlar xərçəngin yaranması riskini xeyli azalda bilərlər.

World Cancer Research fondu tərəfindən hazırlanmış hesabatda mütəmadi olaraq kofe içən qadınlarda da xərçəng xəstəliyi statistikasının aşağı olduğu bildirilib.

Lakin hesabat müəlliflərinin qənaətincə, kofenin xərçənq əleyhinə effektiv vasitə olmasını qətiliklə müəyyən etmək üçün bu istiqamətdə tədqiqatların davam etdirilməsi daha məqsədəuyğundur.
Eyni zamanda ekspertlər kofeni xərçəngə qarşı profilaktik vasitə kimi göstərməyə yaxın olduqlarını da qeyd edirlər.

Britaniyada qadınlarda xərçəng xəstəlikləri halları statikasında uşaqlıq boynunun xərçəngi 4-cü yeri tutmaqdadır.
Ölkədə qadınların yalnız 56%-i həkimlərin məsləhətinə əməl edərək, gündə heç olmasa 30 dəqiqə ərzində fiziki fəallıq göstərirlər, normal çəkisi olan qadınlar isə 39% faiz təşkil etməkdədir.

Londonun Imperial College universitetində 2007-ci ildən başalayaraq aparılan ilk qlobal təhlildə tədqiqatçılar qadınlarda uşaqlıq boynunun xərçənginə aid statistikanın pəhrizsaxlama, fiziki fəallıq və bədən çəkisi ilə əlaqəsini bir daha təhlil ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti