İŞİD pullarını Avropaya köçürür

İŞİD pullarını Avropaya köçürür
  13 Sentyabr 2017    Oxunub:1479
İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmisi Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

O, əlavə edib ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək.

AzVision.az


Teqlər: İŞİD   Avropa  





Xəbər lenti