Yaponiya fransız qəzetini ittiham etdi – VİDEO

Yaponiya fransız qəzetini ittiham etdi – VİDEO
  13 Sentyabr 2013    Oxunub:1145
Yaponiya hakimiyyəti “Fukusima-1” qəzalı atom elektrostansiyası barədə fransız karikaturasına hiddətlənib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Fransanın “Le Canard Enchaine” satirik qəzetində dərc edilmiş şəkil Atom Elektrik Stansiyası fonunda əlavə əllər və ayaqlarla mübarizə aparan sumonun iki pəhləvanını təsvir edib. Şəklin altında yazılıb: “Fukusima sayəsində sumo indi olimpiya idman növünə çevrilib”. Başqa bir təsvirdə jürilər qoruyucu kostyumlarda olimpiya hovuzunda oturublar.

Qeyd edək ki, Tokio 2020-ci ildə olimpiya oyunlarına ev sahibliyi edəcək. Yaponiyalı rəsmi bildirib ki, həmin şəkillər 2011-ci ildə baş verən güclü zəlzələ və sunamidən zərərçəkənləri təhqir edir. “Bu yanlışdır və “Fukusima” nəticəsində suyun radiasiyadan çirklənməsi barədə yalan təsəvvür yaradır” – rəsmi qeyd edib.



AzVision.az


Teqlər:





Xəbər lenti