Bu gün kolleclərə qeydiyyat başa çatır

  13 Sentyabr 2017    Oxunub : 579
Bu gün kolleclərə qeydiyyat başa çatır

Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Onlar tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olunanlar siyahısından xaric ediləcək.

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM