“İsrail kürdlərin dövlət yaratmasını dəstəkləyir” – Netanyahu
“İsrail istənilən növ terrora qarşı çıxır. Lakin o eyni zamanda kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir”, - deyə İsrail hökumətinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, sentyabrın 25-i İraq Kürdüstanında müstəqilliklə bağlı referendum keçiriləcək.İraq rəsmiləri təyin olunan referenduma qarşı çıxır. Rəsmi Bağdad kürd rəhbərliyinin referendum qərarını qanunsuz və ölkə konstitutsiyasına zidd olduğunu bəyan edib.
Eldar Tanrıverdiyev
AzVision.az