Ermənistanda ana övladını 400 dollara satıb

11:14   13 Sentyabr 2017    Oxunub: 1063
Ermənistanda ana övladını 400 dollara satıb

Ermənistanda ana 2 aylıq körpəsini 200 min drama satıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Aştarak polis idarəsi yayıb.

Belə ki, şəhər sakini 32 yaşlı Alvard M. 4 oktyabr 2016-cı ildə xəstəxanada dünyaya gətirdiyi 2 aylıq oğlan körpəsini başqa bir ailəyə satıb.

Məlumata görə, o, körpəni 49 və 36 yaşlı cütlüyə 200 min erməni dramına (416 dollar) satıb.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan    




Rubrikanın digər yazıları