Rusiyada daha bir azərbaycanlı qətlə yetirildi
Rusiya polisinin apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs saxlanılıb. Ondan “Sayqa” markalı karabin götürülüb.
İlkin ehtimallara əsasən o beş dəfə atəş açıb. Cinayətin motivi araşdırılır.
Silahın polisdə qeydiyyatda olduğu bildirilir. Rusiya KİV-i yazır ki, qətlə yetirilən şəxs sentyabrın 12-i qohumlarının evinə qonaq gəlib.
Faktla bağlı cinayət işi açılıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Azərbaycan