İrəvanda vəkillər aclıq aksiyasına başladı - Video

  13 Sentyabr 2017    Oxunub : 5225
İrəvanda vəkillər aclıq aksiyasına başladı - Video

Bu gün Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb.

AzVision.az xəbər verir ki, onlar, məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz ediblər.

Bununla yanaşı, vəkillər təşkil edilən müzakirələr zamanı öz problemlərini də müzakirə ediblər. Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edib.

Müzakirələr zamanı bəyanat yayan vəkillər hüquq müdafiəçilərinə, onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara və Ermənistanda insan hüquqlarına münasibətin getdikcə dözümsüz hal almasına qarşı etiraz etdiklərini bildiriblər.



Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan   aclıq-aksiyası   aksiya