Ermənistan Azərbaycanla sərhəddə havalimanı tikir - Fotolar

  13 Sentyabr 2017    Oxunub : 1619
Ermənistan Azərbaycanla sərhəddə havalimanı tikir - Fotolar

Ermənistanın “Sünik” vilayətində hava limanı binasının tikinti işlərinə başlanılıb. AzVision.az xəbər evrir ki, bu haqda, Sünik vilayət başçısının müavini Robert Hayrapetyan öz “Facebook” səhifəsində məlumat yayıb.

O, həmçinin hava limanı binasının layihəsinin şəkillərini də yayımlayıb.



Xatırladaq ki, cari ilin iyun ayında hava limanına ilk sərnişini, vilayət rəhbəri Vahe Hakopyan olan təyyarə sınaq enişi həyata keçirib. Bundan öncə bildirilirdi ki, hava limanı kompleksinin tikinti işləri tam başa çatdırıldıqdan sonra qanuni uçuşlara başlanılacaq.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan   hava-limanı