Rusiyada Penitensiar Xidmətinin direktor müavini saxlanılıb

Rusiyada Penitensiar Xidmətinin direktor müavini saxlanılıb
  13 Sentyabr 2017    Oxunub:1301
Rusiya Federal Penitensiar Xidmətinin direktor müavini Oleq Korşunov saxlanılıb.
AzVision.az xəbər evrir ki, bu barədə "TASS"-a hadisədən xəbərdar olan mənbə deyib. Oleq Korşunov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Mümkün qətimkan tədbiri barədə suala cavabında mənbə bildirib: "Korşunov həbs ediləcək. Bununla bağlı qərar sabah qəbul ediləcək".

Qeyd edək ki, Federal Penitensiar Xidmətinin direktor müavini saxlanılan zaman məzuniyyətdə olub.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti