2019-cu ilədək Aİ-yə yeni üzv qəbul edilməyəcək

2019-cu ilədək Aİ-yə yeni üzv qəbul edilməyəcək
  13 Sentyabr 2017    Oxunub:1734
“2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək”.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Onun sözlərinə görə, hazırda heç bir namizəd buna hazır deyil.
“Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”, - deyə Yunker qeyd edib.

Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının aliliyini prioritet halına gətirməlidir.

“Avropa İttifaqı sabiq Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd etmir. Çünki, onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Əgər biz sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq”, - deyə o əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti