Gürcüstanın Azərbaycana olan borcu azalıb

Gürcüstanın Azərbaycana olan borcu azalıb
  13 Sentyabr 2017    Oxunub:1288
Gürcüstanın xarici dövlət borcu 31 avqust 2017-ci ilə olan vəziyyətə görə 4,946 milyard dollar təşkil edib.
AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycana olan dövlət borcu 8,995 milyon dollar təşkil edib ki, bu da ötən ayla müqayisədə 0,347 milyon dollar azalıb.

Gürcüstanın Almaniyaya borcu 289 milyon dollar, Yaponiyaya 210 milyon dollar, Fransaya təxminən 132 milyon dollar borcu var. Gürcüstanın Türkiyəyə, Rusiya və Ermənistana müvafiq olaraq 17,2 milyon, 72,5 milyon və 10,3 milyon dollartəşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti