“Myanmada etnik təmizləmə aparılır” – BMT baş katibi

“Myanmada etnik təmizləmə aparılır” – BMT baş katibi
  14 Sentyabr 2017    Oxunub:1699
BMT Baş katibi Antoniu Quterreş Myanmada etnik təmizləmənin getdiyini istisna etməyib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, BMT-də keçirilən mətbuat konfransı zamanı bildirib.
Myanmada baş verənləri etnik təmizləmə kimi qiymətləndirmək olarmı sualına cavab olaraq Quterreş bildirib: “Rohinca xalqının üçdə birinin ölkəni tərk etdiyi bir vaxtda bunu başqa cür necə adlandırmaq olar?".

Quterreş ölkədəki humanitar vəziyyəti faciəvi adlandırıb və bütün ölkələri humanitar yardım çatdırmaq üçün əllərindən gələni etməyə çağırıb.

BMT baş katibi, həmçinin Myanma rəhbərliyini hərbi əməliyyatları dayandırmağa çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Myanma  





Xəbər lenti