Ermənistanda silah oğurlayan əsgər tutuldu

Ermənistanda silah oğurlayan əsgər tutuldu
  14 Sentyabr 2017    Oxunub:1933
Ermənistanda hərbi hissədən silah oğurlamaqda təqsirli bilinən 19 yaşlı əsgər Q. Monte 3 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, ittihama əsasən Q.Monte cari ilin 30 mart tarixində, gecə müvafiq icazə olmadan silahların saxlanıldığı əraziyə daxil olaraq, oradan silah oğurlamağa cəhd edib.

Lakin, saatdarın şəxsiyyəti dəqiqləşdirmək üçün səsləndirdiyi tələbi eşidən erməni əsgər silahı ataraq qaçıb.

Nəticədə, Sünik vilayət məhkəməsinin qərarı ilə Monte 3 il müddətinə azadlıqdan məhrum edilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   əsgər  





Xəbər lenti