“Minsk qrupunun yaradılması dəhşətli səhvdir” – Bədəlbəyli
“XIX və XX əsrlərdə rus ziyalıları böyük maarifçilik işləri aparıblar. Biz rus müəllimlərimizi xatırlayırıq. Moskva Dövlət Universitetində təhsil almışıq. Bunu unuda bilmərik. Təbii ki, qorxulu 90-cı illər bizim münasibətlərimizə ciddi zərbə vurdu. Heydər Əliyev hakimiyyətə gəlməsə idi, kim bilir bəlkə də Azərbaycan İran və ya Türkiyə limanına lövbər salardı”.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü olduğunu xatırladan Fərhad Bədəlbəyli ATƏT-in Minsk qrupunu sərt tənqid edib: "25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq təyyarədə biznes-klassda gəlib, beş ulduzlu hotellərdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında münaqişənin həllində irəliləyişə nail olunmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin nizamlanmasında öz maraqları var. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər".
F.Bədəlbəyli əlavə edib ki, Rusiya təhsili və mədəniyyəti güclü silahdır. O, Dövlət Dumasının deputatlarına müraciət edib: "Sizdən çox xahiş edirəm ki, rus mədəniyyətini maliyyələşdirmək üçün hökumətə daha çox pul ayırın. "İsgəndər"lərə pul ayırmaqdansa, rus mədəniyyətinin təbliğinə pul ayırmaq lazımdır".
Vüsal Məmmədov
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Fərhad-Bədəlbəyli