“Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” – ÖZƏL

“Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” – ÖZƏL
  14 Sentyabr 2017    Oxunub:28075
Rusiyanın məşhur politoloqu Aleksandr Proxonov Ermənistan parlamentində bir sıra qərbyönlü deputatların bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını müzakirə etmək təklifinə münasibət bildirib.

Politoloq AzVision.az-a özəl açıqlamasında bildirib ki, bu baş verərsə, heç kim Azərbaycan ordusunun qarşısını ala bilməyəcək:

“Bu deputatların sayı minlərlə yox, dörd nəfərdir. Ola bilsin ki, onların sayı daha da azdır. Qoy onların planları reallaşsın. Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsın, sonra ikitərəfli münasibətlərdən imtina etsin. Rusiyanın hərbi bazasını bağlasın. Daha sonra isə qəfildən Azərbaycan ermənilərin işğal etdiyi torpaqları azad etməyə başlayacaq. Bax onda heç kim T-72 tankları ilə təchiz olunan yeni Azərbaycan ordusunu dayandıra bilməyəcək. Ona görə də ermənilərin ağlı varsa, onlar heç vaxt Rusiya və AİB-lə münasibətləri pozmayacaqlar”- deyə rusiyalı politoloq vurğulayıb.

Vüsal Məmmədov
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Proxonov   Rusiya   Ermənistan  





Xəbər lenti