Proxonov: “Hazırkı nizama güclü təsir göstərə bilərik” (Özəl müsahibə)

Proxonov: “Hazırkı nizama güclü təsir göstərə bilərik” (Özəl müsahibə)
  14 Sentyabr 2017    Oxunub:5050
Bu gün Rusiyanın paytaxtında "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransı öz işinə başlayıb. Geosiyasi Ekspertizalar Mərkəzi və İzbor klubunun təşkil etdiyi konfransın əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə etməkdir.
Rusiyanın məşhur politoloqu Aleksandr Proxonov konfrans zamanı AzVision.az-a eksklüziv müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

-Fikrinizcə, hansı geosiyasi reallıqlar və zərurətlər Rusiya-Azərbaycan oxunun yaranmasını diktə edir?

- Mən bu oxa Berlin və Tokio oxlarını da əlavə etmək istəyərdim. Məhz bu oxlar çərçivəsində hazırda dağılan nizama çox ciddi təsir, təzyiq göstərmək olardı. Mənə elə gəlir ki, Moskva - Bakı oxunun mövcudluğu heç vaxt pozulmayıb. Biz hamımız böyük mədəni, geosiyasi, hərbi məkanın bir hissəsi olmuşuq. Ona görə də bu ox həmişə mövcud olub. İndi əsas məqsəd mamırı təmizləməkdir. O yeni tarixi reallıqda mütləq zərurət kimi parlasın.

-Hansı həqiqi və hipotetik faktorlar bu oxun yaranmasına təhdid ola bilərlər?

- Qərbin, ABŞ-ın Azərbaycan və Rusiya siyasətinə müdaxiləsi. Çünki bu oxun yaradılması Qərb üçün arzuolunmazdır. Qərb birləşmənin əleyhinədir, ayırmağın tərəfdarıdır. O, daha əvvəl Sovet İttifaqının olduğu böyük Avrasiya məkanında yenidən rekultivasiyanın olmasından qorxur. Ona görə də bu birləşməyə dair istənilən sintez, simfoniya Qərbdə əsəbi reaksiyaya səbəb olur və buna mane olmaq səyləri mövcuddur.

-Cənubi Qafqazda Avrasiya və atlantizm mübarizəsində kimin şansları daha yüksəkdir?

- Hesab edirəm ki, Rusiyanın.

Vüsal Məmmədov
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Proxonov  





Xəbər lenti