Ermənistanda müəllimlər etiraz aksiyası keçirəcək

Ermənistanda müəllimlər etiraz aksiyası keçirəcək
  14 Sentyabr 2017    Oxunub:2108
Ermənistanda Aştarak rayonunun Vardqes Petrosyan adına məktəbin müəllimləri müddətsiz tətil və aksiya keçirəcəklər.AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların problemlərinə hakimiyyət tərəfindən laqeyd münasibətdir.
Müəllimlər bütün cavabdeh orqanlara göndərilən məktublarında öz problemlərini qeyd ediblər.

Məktubda deyilir: "Aştarak rayon Vardqes Petrosyan adına məktəb 200 şagird üçün nəzərdə tutulub, lakin hazırda 601 şagird təhsil alır. Buna görə də məktəbin kitabxanası, informatika, şahmat və texnologiya tədris sinfi, yeməkxana, iclas zalı, idman zalı, kifayət qədər sanitar qovşağı yoxdur. Məcburən, qanuna zidd olaraq, birinci sinif şagirdlərindən ibarət 2 sinif olub. Bu il vəziyyət daha gərgin olub, 56 məzun olsa da, 1-ci sinifə 76 şagird qəbulu olub”.

Bununla da, məktəbin əsaslı təmiri əsas problem olaraq qalıb. Bütün dövlət qurumları mövcud problemlə tanış olsa da heç bir tədbir görülmür. Müəllim və valideynlər təklif edir ki, yaxınlıqda yerləşən və 1500 nəfərə qədər şagird üçün yeri olan, lakin hazırda cəmi 280 nəfərin təhsil aldığı məktəbə müvəqqəti köçürülsünlər.

Məktəbin təmir problemi ilə bağlı ilk xəbərdarlıq 2017-ci ilin 4 may tarixində 1 günlük tətil edilməklə aidiyyəti qurumların diqqətinə çatdırılmışdı. Lakin buna baxmayaraq heç bir tədbir görülməyib. Valideyn və müəllim kollektivi 10 gün ərzində bir tədbir görülməsə müddətsiz tətilə başlayacaqlarını bildiriblər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Müəllim   Etiraz   Aksiya  





Xəbər lenti