“Rusiya Qarabağda nə vəkil, nə də prokurordur” - Senator

“Rusiya Qarabağda nə vəkil, nə də prokurordur” - Senator
  14 Sentyabr 2017    Oxunub:7327
"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin daxili və xarici siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır"

AzVision.az xəbər verir ki, bunu Rusiyanın paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışan rusiyalı senator ölkəsinin sadəcə vasitəçi olduğunu bildirib:

"Rusiya nə vəkildir, nə də prokuror. Biz heç kimin tərəfindən çıxış etmirik. Biz əksinə, elə etməyə çalışırıq ki, tərəflər özləri güzəştli həll yolu tapsın".

Vüsal Məmmədov
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Rusiya   Klimov   Azərbaycan  





Xəbər lenti