AST Telmanın obyektlərində axtarış aparılır

AST Telmanın obyektlərində axtarış aparılır
  15 Sentyabr 2017    Oxunub:1813
Azərbaycan əsilli iş adamı Telman İsmayılova (AST Telman) məxsus obyektlərdə axtarış aparılır.
AzVision.az “İnterfaks”-a istinadən xəbər verir ki, "Çerkizov” bazarının keçmiş sahibinin obyektində axtarışlar sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətli ilə əlaqədardır.

Məlumata görə, istintaq tədbirləri 12 ünvanda həyata keçirilir. Rəsmi qurumlar tərəfindən hələlik bu barədə açıqlama verilməyib.

Qeyd edilib ki, Brilyov və Savkin ötən il öldürülüb. Qətlin sifarişçisi hesab olunan Telman İsmayılovun qardaşı Rafiq İsmayılov həbs edilib.

AzVision.az


Teqlər: Telman-İsmayılov  





Xəbər lenti