İŞİD İraqda terror törətdi - 50 ölü, 80 yaralı

İŞİD İraqda terror törətdi - 50 ölü, 80 yaralı
  15 Sentyabr 2017    Oxunub:1758
İraqın cənubunda silahlıların hücumu nəticəsində azı 50 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
BBC-nin məlumatına görə, ilk terror aktı Di-Kar vilayətinin paytaxtı Nasriya şəhərinin yaxınlığında törədilib.

Silahlı şəxslər yol kənarında yerləşən kafeyə daxil olaraq müştərilərə atəş açıblar. Bundan bir qədər sonra yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.

Yerli hakimiyyət orqanları həlak olanların sayının arta biləcəyi barədə xəbərdarlıq edirlər. Yaralıların bir çoxu ağır vəziyyətdədir.

Hər iki hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

AzVision.az


Teqlər: İraq   İŞİD   Terror  





Xəbər lenti