Napoleon Ermənistanın Müdafiə Nazirliyini ifşa etdi

Napoleon Ermənistanın Müdafiə Nazirliyini ifşa etdi
  15 Sentyabr 2017    Oxunub:2909
“Ermənistan ordusu ancaq Rusiyanın hesabına döyüş qabiliyyətinə malikdir”
AzVision.az xəbər verir ki, bunu NEWS.am saytının müxbiri ilə söhbətində “Tsarukyan” blokunun üzvü deputat Napoleon Əzizyan bildirib.

Bununla da ermənistanlı deputat 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan və Müdafiə nazirliyi rəsmilərinin öz ordularının “gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə bir-birinin ardınca verdikləri pafoslu, reallığı əks etdirməyən bəyanatları ifşa edib.

“Bu gün bizim döyüş qabiliyyətli ordumuz var fikri sizə nəsə demir? Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında Rusiya faktoru əsas rol oynayır”- deyə deputat Napoleon Əzizyan fikirlərinə yekun vurub.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti