Pentaqon Putini tənqid etdi

Pentaqon Putini tənqid etdi
  13 Sentyabr 2013    Oxunub:1021
Pentaqon Rusiya prezidentinin The New York Times qəzetində dərc olunmuş məqaləsini tənqid edib.
Pentaqon təmsilçilərinin fikrincə Rusiya prezidenti Vladimir Putin “tənha” və öz ideyaları baxımından cəmiyyətdən “təcrid olunmuş” bir insandır. Bu barədə AzVision.az qərb mətbuatına istinadən xəbər verir.

Bundan başqa Pentaqon, Vladimir Putinin Suriyada kimyəvi silahdan istifadəyə görə müxalifəti günahlandırmasını “əsassız və reallığa zidd” olduğunu iddia edir.

Bununla yanaşı, Rusiyanın Suriyada kimyəvi silaha nəzarətin beynəlxalq müşahidəçilərin ixtiyarına verilməsi təklifi müsbət qiymətləndirilib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti