Ermənistanda daha bir hərbi maşın qəzaya düşdü

Ermənistanda daha bir hərbi maşın qəzaya düşdü
  15 Sentyabr 2017    Oxunub:3858
Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi yük avtomobili qəzaya uğrayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 20:56-da Kotayk vilayətinin Yeğvard-Yeni Qeği yolunda qeydə alınıb.
61 yaşlı M. Aşotun idarə etdiyi 65-OL -178 dövlət nömrə nişanlı “Qaz 2410” markalı avtomobil yolun hərəkət hissəsində dayanan 7240 nömrəli nazirliyə məxsus, 24 yaşlı Q. Qnelin idarə etdiyi “ZİL-131” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Qaz 2410” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralılar avtomobildən çıxarılaraq “Armenia” tibb mərkəzinə aparılıb. Xəsarət alanların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Ermənistanın Müdafiə Nazirliyinə məxsus “ZİL-131” markalı avtomobilin heyəti haqqında isə məlumat verilmir.

Qeyd edək ki, sentyabrın 13-də işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb. Nəticədə 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda maşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti