Gülər Əhmədova: “Məni öldürsələr belə...”

Gülər Əhmədova: “Məni öldürsələr belə...”
  01 Mart 2013    Oxunub:1201
Gülər Əhmədova balaca oğlundan narahatdır.
Gülər Əhmədovanın vəkili Eldar Qədimi bu gün onunla görüşüb. Eldar Qədimi ilə görüş zamanı bir çox məsələlərdən danışılıb:
“İstintaqdan razıyıq, ya narazıyıq, – bunu deyə bilmərəm. Çünki istintaq materialları ilə tanış deyiləm. Amma hələ ki, gözləmə mövqeyindəyik. Həmin materiallar bizə təqdim olunandan sonra nə isə deyə bilərik. İstintaqın gedişindən yalnız bir şeydən narahatıq ki, nə qədər ki, Elşad Abdullayevlə üzləşmə olmayıb? nəinki Gülər Əhmədova, hətta mən də hesab edirəm ki, bu istintaq hərəkətləri düzgün deyil. Elə məsələlər var ki, gələcəkdə qaldırılacaq. Gülər Əhmədova bildirib ki, heç vaxt heç kimdən heç nə almamışam, heç nə də verməmişəm. Məni öldürsələr belə, heç kimə şər atmaram. Həmin məsələlərin qaldırılacağı vaxt gələndə ya məndən, ya da elə oradan eşidəcəksiniz. Bu barədə hamının məlumatı olacaq”.

Sabiq millət vəkilinin ailəsi ilə görüşməsi barədə də danışan Eldar Qədimi qeyd edib ki, Gülər Əhmədova hələ ki, yaxınlarından heç kimlə görüşməyib. Onun sözlərinə görə, istintaq orqanları rəsmi şəkildə məktubla icazə versə, Gülər Əhmədova ailəsi və yaxınları ilə görüşə bilər.

“Gülər Əhmədova ilk növbədə balaca oğlundan narahatdır. Kiçik övladı balaca olduğundan qohumlarının yanında qalır. Bir gün orda, bir gün burda. Ona görə də oğlundan nigarandır. Gülər Əhmədova səhhətindən də şikayətlənib”./modern.az/


Teqlər:  





Xəbər lenti