Ermənistanın Müdafiə Nazirliyində növbəti qalmaqal

Ermənistanın Müdafiə Nazirliyində növbəti qalmaqal
  15 Sentyabr 2017    Oxunub:4044
Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsinin adı daha bir qalmaqalda hallanır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, nazirliyin idarə rəisi Norayr Yolçyanın Yerevanın mərkəzində 3.5 milyon dollara mənzil aldığı, hətta lift üçün də əlavə 60 min ABŞ dolları ödəməsi barədə şok bir xəbər yayılıb.

Rüsvayçılığın böyüməsindən qorxan Ermənistan Müdafiə Nazirliyi dərhal açıqlama vermək məcburiyyətində qalıb.

Panorama.am saytının müxbiri ilə söhbətində mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan bunu şər-böhtan adlandırıb və guya Norayr Yolçyanla söhbət etdiyini və idarə rəisinin məsələnin məhkəmə yolu ilə həll olunmasının mümkünlüyü ilə maraqlandığını bildirib.

Xatırladaq ki, 2013-cü ildən Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edilən və kriminal hərbi siyasi rejimin rəhbəri Sarkisyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb və Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə mətbuatın gündəmində olub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti