Milli Məclisdə daha bir hesabat

Milli Məclisdə daha bir hesabat
  13 Sentyabr 2013    Oxunub:1148
Milli Məclisin Regional Məsələlər komitəsi öz işinə başlayıb.
AzVision.az. xəbər verir ki, komitənin iclasını açıq elan edən komitə sədri Arif Rəhimzadə ilk olaraq 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib.

O qeyd edib ki, bu müddət ərzində komitənin 6 iclası keçirilib və 14 məsələ müzakirə edilib ki, onlardan 11-i qanun layihəsidir.

Sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub. Hesabat dövründə komitənin ünvanına 200 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Onlardan 99-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 512 nəfər vətəndaş qəbul edilib.

Daha sonra çıxış edən komitə üzvü Fəttah Heydərov komitənin məqsədyönlü fəaliyyətində bələdiyyələrin xüsusi rolu olduğunu bildirib: “Bizim komitə üzvləri nəinki bu yay aylarında istirahət ediblər, həmçinin seçicilər ilə görüşüb, onların arzu və istəklərini dinləyiblər. Bu müddət ərzində respublkikanın rayonlarında apardığımız müşahidələr göstərir ki, ölkədə sürətli inkişaf gedir. Bölgələrdə gedən abadlıq işləri, insanların ehtiyaclarını ödəmək, həyat şəraitinin yaxşılaşdırılması üçün gedən işlər ürəkaçandır. Elə bölgə tanımıram ki, orada durğunluq olsun. Bu işlərin gedişində bələdiyyələrin fəaliyyəti xüsusilə gözə çarpır. Bələdiyyələr icra hakimiyyətləri ilə birlikdə faydalı iş aparırlar, gedən işlərdə öz faydalarını verə bilirlər. Bələdiyyələrlə bağlı Milli Məclisdə aparılan iş müntəzəm olub. Rayon mərkəzlərində paytaxt səviyyəli işlər görülür`.

Komitə üzvü Fəzail İbrahimli isə bildirib ki, bələdiyyələrin söz və nüfuz sahibinə çevrilməsinin vaxtı çatıb. Komitənin fəaliyyəti sahəsində bələdiyyələrin fəaliyyəti genişlənib, onlara ayrılan büdcə artırılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti