Ermənistan Qarabağ döyüşçülərindən imtina edir

Ermənistan Qarabağ döyüşçülərindən imtina edir
  16 Sentyabr 2017    Oxunub:2700
Ermənistanın Müdafiə Nazirliyi Birinci Qarabağ müharibəsində yaralanan hərbçiləri müalicə etməkdən boyun qaçırır.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin fəaliyyətini tənqid edən keçmiş hərbçi Aaron Arutyunyan bildirib ki, 1995-ci ildə Qarabağda ağır güllə yarası alıb. Belə ki, snayper onun boğaz nahiyəsindən vurub. Aaron həmin vaxt iki ay hərbi hospitalda müalicə olunub, bir neçə əməliyyat keçirib. Lakin nazirlik səbəb göstərmədən onun müalicəsini davam etdirməyib. Daha sonra onun reabilitasiya müalicəsini “Qırmızı Xaç” üzərinə götürüb.



Müalicə gecikdiyi üçün Aaronun ayaqları tutulub. Hazırda o ayaqlarını hiss etmir. Keçmiş döyüşçü hər il “Qırmızı Xaç” mərkəzinə getsə də, sonradan işi çətinləşib: “Hazırda müalicə almaq xeyli mürəkkəbləşdirilib. Bu da öz növbəsində əlilliyi olan bir çox insanların həyatını çətinləşdirib”.



Keşmiş döyüşçü qeyd edib ki, onun kimi bir neçə keçmiş hərbçi də pis vəziyyətdədir: “ABŞ-dan mənə sponsor tərəfindən əlil kreslosu verildi. Sonra mənim kimi əlil olan hərbçiləri müəyyən yerlərə aparmaq üçün avtomoil hədiyyə edildi. Lakin bu yaxınlarda qəzaya düşdük. Maşının təmirinə təxminən 1 milyon darm lazımdır. Çünki, şəhər nəqliyyatı bizim üçün uyğunlaşdırılmayıb. Mən nazirlikdən və hakimiyyət nümayəndlərindən mənə yardım edilməsini xahiş edirəm”.



Ermənistanın Müdafiə Nazirliyi və müvafiq hakimiyyət qurumları keçmiş döüyçülərin müraciətinə bir neçə müddətdir ki, cavab vermir. Nəticədə əlil olan erməni hərbçilər əhalidən maliyyə yardımı almaq üçün banklarda hesab açıblar.

Qeyd edək ki, Ermənistanın ordu rəhbərliyi döyüş və qeyri-döyüş şəraitində yaralanan və əlil olan hərbçilərə yardım etmir. Eyni zamanda Ermənistanın Müdafiə Nazirliyi təhlükəli yerdə xidmət edən hərbçiləri xəstəlik tapan kimi təxris edir və onların müalicəsindən imtina edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti