ABŞ konqresmenləri Ermənistana səfər edəcək

ABŞ konqresmenləri Ermənistana səfər edəcək
  17 Sentyabr 2017    Oxunub:1726
ABŞ Konqresinin nümayəndə heyəti Ermənistana səfər edəcək.
AzVision.az “Amerikanın səsi”-nə istinadən bildirir ki, erməni əsilli konqresmen Ceki Sfir Konçelyanın təşəbbüsü ilə sabah Konqresin nümayəndə heyəti Ermənistana gedəcək.

Nümayəndə heyətinin tərkibində Spitak rayonunda baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistana Amerika yardımı gətirən konqresmen Frank Palon, erməni əsilli konqresmen Anna Eşun, bu yaxınlarda Amerika konqresində işğal altında olan Dağlıq Qarabağda qanunsuz “minadan təmizləmə işlərinin” davam etdirilməsi üçün xeyli vəsaitin ayrılmasının təşəbbüskarı olan konqresmen Delvid Valadaon da var.

Ermənistana, həmçinin Havay adalarından seçilmiş konqresmen Tulsi Qabard və Viskonsini təmsil edən konqresmen Cim Sensenbrener də səfər edəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Konqres  





Xəbər lenti