Küveyt şeyxi Sarkisyanla görüşəcək

Küveyt şeyxi Sarkisyanla görüşəcək
  17 Sentyabr 2017    Oxunub:2239
Yaxın günlərdə “Tsarukyan” ittifaqının rəhbəri Qaqik Tsarukyanın dəvəti ilə Küveyt şeyxi Əhməd ƏL-Fahad Əl-Əhməd Əl-Sabah Ermənistana səfər edəcək.
AzVision.az “Jamanak”-a istinadən xəbər verir ki, səfər bir neçə iri həcmli sərmayə layihələri ilə bağlıdır.

Qeyd edilib ki, şeyx hazırda Asiya Olimpiya komitəsinin və Asiya Həndbol Federasiyasının sədridir.

Onun prezident Serj Sarkisyan və digər vəzifəli şəxslər görüşlər keçirəcəyi nəzərdə tutulub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Küveyt   Ermənistan   Sarkisyan  





Xəbər lenti