Türkiyə ilə Almaniya arasında yeni qalmaqal

Türkiyə ilə Almaniya arasında yeni qalmaqal
  17 Sentyabr 2017    Oxunub:2473
Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb Almaniyada PKK-ya dəstək aksiyasının keçirilməsidir.

XİN-in məlumatında bildirilib: “Almaniyanın Köln şəhərində PKK tərəfdarlarının təxribat xarakterli tədbir keçirməsini və buna icazə verilməsini qınayırıq. Kölndə festival adı altında açıq-aşkar təxribata yol verilib. Tədbirdə terrora çağırışa, Abdulla Öcalanın posterlərinin açılmasına göz yumulub”.

AzVision.az


Teqlər: Almaniya   Türkiyə   XİN  





Xəbər lenti