Erməni nazir müavininin mənzil biznesi

Erməni nazir müavininin mənzil biznesi
  17 Sentyabr 2017    Oxunub:1606
Ermənistanın elm və təhsil nazirinin müavini Vahram Mkrtçyan keçən il ərzində daha çox mənzillərin satınalınması ilə məşğul olub.
AzVision.az “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, o, 45 milyon drama çoxmənzilli binanın qeyri-yaşayış sahələrini, 20 milyon drama mənzil, 30 milyon drama isə ictimai təyinatlı tikinti sahələri alıb.

Bundan əlavə erməni məmur torpaq sahələrinin alınmasına 13 milyon dram xərcləyib.

Nazir müavinin rəsmi məlumatlarda 7 milyon dram və 70 min dollar nəğd pula sahib olduğu qeyd olunub. Əslində isə onun sahibi olduğu var-dövlət göstəriləndən qat-qat çoxdur.

Qeyd edək ki, Mkrtçyan gəlir mənbəyi olaraq vəzifəni qəbul edərkən 2 milyon 811 min dram təşkil edən əmək haqqını bəyan edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti