Merkel Ştazinin casusu imiş

Merkel Ştazinin casusu imiş
  01 Mart 2013    Oxunub:1947
“Özünə umac ova bilməyən Almaniya Azərbaycana əriştə kəsir”
Məşhur hüquq müdafiəçisi , müstəqil ekpert Yorq Henzel Almaniya hökumətinə məktubla müraciət göndərib. Müraciətdə Y. Henzel, Almaniya hökumətini beynəlxalq araşdırmaçılar qrupu tərəfindən hazırlanan “Avropanın qürubu və ya liberal dəyərlərin böhranı” adlı hesabata kölgə salmaqda günahlandırıb.
Yorq Henzel həmçinin Amnesty İnternational təşkilatını Almaniyada insan haqlarının pozulmasına yol verməkdə qınayıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan kimi ölkələrdən fərqli olaraq, Almaniyada insan haqlarının pozulması halları adətən ört basdır edilir.

“Almaniya məhkəmələrində prosesdə iştirak edən tərəflər mühakimə edilmir və məhkəmənin imzası olmadan saxta hökmlər çıxarılır. Bu isə öz növbəsində Almaniya əhalisi arasında narazılığa səbəb olur. Bununla yanaşı məmurlar məhkəmələrə təzyiq edirlər. Məhkəmələr isə müstəqilliklərini çoxdan itiriblər.
Almaniya məhkəmələri həmçinin Konvensiyanın 13-cü bəndinə əsaslanan şikayətləri rədd edirlər. Məhkəmələr və müəssisələr, vətəndaşların, çıxarılan qərarlarla şərəf və ləyaqətlərinin tapdalanması, onlara qarşı qeyri-insani rəftar, vicdan və fikir azadlığı ilə bağlı şikayətlərini qəbul etmirlər.

Konvesiya və Xartiyanın təmin etdiyi vətəndaş hüquqları, qanunvericiliklə müəyyən edilmiş normalar pozulur. Hüquq müdafiəçisinin fikrincə milyonlarla Almaniya vətəndaşı aldadılır.
Müaraciətdə həmçinin bildirilir ki, hər il 3000 fəhlə və dövlət qulluqçuları mobinq qurbanına çevrilir və özlərinə qəsd edirlər.
Yorq Henzel hüquq müdafiəçilərinin məhkəmələr və dövlət orqanları tərəfindən siyasi məqsədlərlə izlənilməsi faktlarının mövcudluğunu qeyd edir. O, Almaniyada uşaq oğurluğu, nasist təşkilatlarının fəaliyyətinə də diqqət çəkir və bütün bu kimi məsələlərdə məmurların əli olduğunu bildirir.

Müraciətinin sonunda Yorq Henzel qeyd edir ki, hazırki Almaniya kansleri Angela Merkel keçmişdə ADR-in gizli Ştazi xidmətinin xəfiyyəsi olub və xüsusi xidmət orqanının agenti kimi Robert Havemanla birgə çalışıb.

Sonda Henzel, demokratiya və insan hüquqlarının pozulmasına görə Azərbaycana qarşı ittiham irəli sürəməkdə Almaniyanın əsl məqsədinin öz mənafeini güdmək , iqtisadi və enerji maraqlarını təmin etmək olduğunu bildirib.

Əgər Almaniya üçün insan hüquqları və demokratiya bu qədər dəyərlidirsə onda getsin öz hayına qalsın,Azərbaycanın yox!


Teqlər:  





Xəbər lenti