Parisdə hava limanında terror təhlükəsi

Parisdə hava limanında terror təhlükəsi
  17 Sentyabr 2017    Oxunub:1860
Fransanın paytaxtı Parisdə hava limanında qorxulu anlar yaşanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinə Paris-London reysi üzrə hərəkətə hazırlaşan təyyarədə bombanın olması barədə xəbər daxil olub.

Dərhal əraziyə polis dəstələri çağırılıb. Sərnişinlər təyyarədən çıxarılaraq salon və yük yerində axtarışlar aparılıb.

Axtarışlar başa çatdıqdan sonra təyyarənin yola düşəcəyi bildirilib.

AzVision.az


Teqlər: Fransa   Paris   Təyyarə  





Xəbər lenti