Nazirliklər Milli Məclisə etiraz edirlər
O qeyd edib ki, bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir.
“Bələdiyyələrin səlahiyyətləri artırılıb. Lakin bu nöqsanların aradan qaldırılması üçün bələdiyyələrin səlahiyyətlərini bir qədər də artırmaq lazımdır. Hesab edirəm ki, məişət tullantıları ilə bağlı məsələləri bələdiyyələrin səlahiyyətinə vermək lazımdır. Bunun üçün isə onların büdcələri artırılmalıdır ki, fəaliyyətləri daha da genişlənsin” deyə komitə sədri vurğulayıb.
Millət vəkili Arif Rəhimzadə bildirib ki, Milli Məclisin yaz sessiyasında bələdiyyə torpaqlarının mövsümü icarəyə verilməsi məsələsi öz həllini tapmadı:
“Buna müqavimətlər oldu. Aiddiyyatlı nazirliklər buna etiraz edirlər. Biz onlarla işləyirik və bu iş davam etdirilir. Mən güman edirəm ki, biz məsələni yerindən tərpədəcəyik. Ümid edirəm ki, payız sessiyasında yenidən bu məsələ öz həllini tapacaq”.
Sevinc iltifatqızı