Moskvada bomba təhlükəsi: 21 min nəfər təxliyə edilib

Moskvada bomba təhlükəsi: 21 min nəfər təxliyə edilib
  18 Sentyabr 2017    Oxunub:2374
Rusiyanın paytaxtı Moskvada polisə müxtəlif ünvalara bomba qoyulması ilə bağlı 57 anonim zəng daxil olub.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu məlumatlar əhalini təşvişə salıb. 11 ünvanda aparılan axtarışlar nəticəsində 21 min insan təxliyyə edilib.

Araşdırmalar zamanı qeyd olunan yerlərdə hər hansı partlayıcı maddə tapılmayıb.

Qeyd edilib ki, sonra günlər daha çox metro stansiyalarına və ticarət mərkəzlərinə bomba qoyulması haqda hüquq-mühafizə orqanlarına müraciətlər daxil olur.

AzVision.az


Teqlər: Rusiya   Moskva  





Xəbər lenti