Merkel Türkiyəyə ultimatum verdi

Merkel Türkiyəyə ultimatum verdi
  18 Sentyabr 2017    Oxunub:1988
"Biz Türkiyə ilə iqtisadi əlaqələri daha da azaltmaq və müvafiq layihələri diqqətlə nəzərdən keçirmək məcburiyyətindəyik"

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Merkel, həmçinin əlavə edib ki, rəsmi Berlin Türkiyədə həbs olunan Almaniya vətəndaşlarının azad olunmasına nail olacaq.

Qeyd edək ki, sentyabrın 1-də Antalyada iki Almaniya vətəndaşı, ayın 11-də isə İstanbulda bu ölkədən gələn cütlük saxlanılıb. Saxlanılan şəxslər ötən il Türkiyədə çevriliş cəhdində şübhəli bilinirlər.

Almaniya tərəfi bu həbslərin siyasi xarakterli olduğunu bəyan edib və buna cavab olaraq Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı istənilən səviyyədə danışıqları dayandırmaqla hədələyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Almaniya   Merkel   Türkiyə  





Xəbər lenti